Azərbaycan və ABŞ investisiya layihələrini müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında
potensial investisiya layihələri müzakirə edilib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”
hesabında paylaşım edib.

“ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş
icraçı direktoru Ben Blək ilə görüşməkdən məmnun olduq.




Azərbaycan – ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq
potensial investisiya layihələrini və İqtisadi Dialoq çərçivəsində
təşəbbüslərin reallaşdırılması imkanlarını dəyərləndirdik.

Azərbaycanın investisiya prioritetləri, ABŞ-nin maliyyə
institutları ilə birgə fəaliyyət imkanlarını müzakirə etdik”, –
paylaşımda qeyd edilib.