Bakı. Trend:
Fransa Hərbi Dəniz Qüvvələrinin “Şarl de Qoll” təyyarədaşıyan
gəmisi yaxın günlərdə Ərəbistan dənizindəki missiyasını başa
vuracaq və təmir üçün Tulon limanına qayıdacaq.
Bu barədə “BFMTV” televiziya kanalı xəbər verib.
Məlumata əsasən, bu, iyul ayına planlaşdırılan planlı təmirdir
və təyyarədaşıyan gəminin Yaxın Şərqə göndərilməsindən əvvəl
razılaşdırılıb. Qeyd edilib ki, təyyarədaşıyan gəmi, digər
tədbirlərlə yanaşı, Baltik dənizində keçirilən Orion təlimlərində
iştirak etmək üçün yanvarın 27-də Tulon limanından yola düşüb.
Oradan, ABŞ-İsrail müharibəsi zamanı Hörmüz boğazında gəmiçiliyin
blokadası səbəbindən Şərqi Aralıq dənizinə, daha sonra isə
Ərəbistan dənizi bölgəsinə yönləndirildi.

