
Fransa Prezidenti Emmanuel Makron G7 sammitindən sonra ABŞ Prezidenti Donald Trampın şərəfinə Versal sarayında təntənəli qəbul təşkil edəcək.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yelisey sarayından məlumat verilib.
Qəbulun rəsmi səbəbi ABŞ-nin müstəqilliyinin 250 illiyinin qeyd olunması olacaq.
Yelisey sarayında bildirilib ki, Versal sarayı 1783-cü ildə ABŞ-nin müstəqilliyini rəsmiləşdirən müqavilənin burada imzalanmasına görə Fransa-Amerika dostluğunun mühüm simvolu hesab olunur.

