İran və ABŞ rəsmiləri gələn həftə İsveçrədə görüşəcəklər – KİV

Baş səhifə

Bakı. Trend:

İran və ABŞ-ın yüksək vəzifəli rəsmiləri gələn həftə İsveçrədə
görüşəcəklər.

Bu barədə “BFMTV” televiziya kanalı mənbələrə istinadən xəbər
verib.

“Telekanalın məlumatına görə, ABŞ və İranın iki yüksək vəzifəli
nümayəndəsi arasında üzbəüz görüş gələn həftə İsveçrədə
keçirilməlidir”, – deyə bildirilib.




Bundan əlavə, telekanalın məlumatına əsasən, Pakistanın xarici
işlər naziri İshaq Dar bu danışıqlara hazırlıq məqsədilə yaxın
vaxtlarda İsveçrəyə səfər etməyi planlaşdırır.

Telekanal ABŞ və İranı məhz hansı şəxslərin təmsil edəcəyini
açıqlamayıb.