DÇ-2026: Qətər İsveçrə ilə heç-heçə edib

Baş səhifə

Futbol üzrə dünya çempionatının qrup mərhələsində Qətər və İsveçrə milli komandaları üz-üzə gəlib.

APA xəbər verir ki, B qrupunun qarşılaşmasında hesabı 17-ci dəqiqədə Brel Embolo penalti zərbəsi ilə açaraq İsveçrəni önə keçirib.

Qətər isə məğlubiyyətdən oyunun əlavə edilmiş vaxtında xilas olub.

Belə ki, 90+4-cü dəqiqədə Bualem Xuhi fərqlənərək hesabı bərabərləşdirib.

Beləliklə, tərəflər meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar.