ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Baş səhifə

Bakı. Trend:

ABŞ və İran arasında memorandumun imzalanması iyunun 14-də
virtual olaraq baş tutacaq.

Bu barədə “Axios” portalı öz mənbələrinə istinadla bildirib.




Portalın mənbələrinə görə, memorandum atəşkəsi daha 60 gün
uzadacaq. Pakistan və Qətər də virtual görüşə vasitəçi kimi
qatılacaqlar. Sənəddə Hörmüz boğazının açılması və Tehranın nüvə
proqramı üzrə danışıqların başlanması nəzərdə tutulur.
İimzalanmanın virtual şəkildə keçirilməsi qərarı logistik
səbəblərdən verilib.

Tramp əvvəllər sazişin 14 iyunda imzalanacağını bildirmişdi.