Şamaxıda Barbekü Festivalının birinci günü (FOTO)

Baş səhifə

Bakı. Trend:

İyunun 13-də Şamaxının Meysəri kəndində Barbekü festivalı
başlayıb. İki gün davam edəcək festival Şamaxı Rayon İcra
Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının
dəstəyi, “Azərsun Holdinq”, “Coca-Cola Azərbaycan”ın baş
sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat”, “Baku
Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur.

Festivalda 20-dək ölkəni təmsil edən aşpazlar kulinariya üzrə
çoxillik təcrübəyə malik, iş təcrübələri müddətində müxtəlif
ölkələrin tanınmış restoranlarında fəaliyyət göstərmiş, bir çox iri
festivallarda təmsil olunaraq saysız mükafatlara layiq görülmüş
şeflərdir.

Festival ərazisindəki kulinariya zonalarında əyləncəli
yarışmalar keçirilir, restoranların təmsil olunduğu pavilyonlarda
isə müxtəlif mədəniyyətlərin mətbəxi ilə daha yaxından tanış olmaq,
iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları
dadmaq imkanı yaradılıb.




Festival iyunun 14-də işini davam etdirəcək.

Festivalın ikinci günü də ləziz təqdimatlar və əyləncə ilə yadda
qalacaq. “Steyk şou”da şef-aşpazlar steykləri hər biri özünəməxsus
hazırlanma üsulu ilə bişirəcək. Təqdimat zamanı onlar öz kulinariya
sirləri, bişirmə texnikaları və xüsusi məsləhətləri ilə
tamaşaçılarla bölüşəcək. Həmin günün musiqili proqramı isə
festivalı daha da rəngarəng edəcək.