Yaxın günlərdə ABŞ ilə memorandum imzalana bilər – İran XİN

Baş səhifə

Bakı. Trend:

ABŞ ilə münaqişənin həlli ilə bağlı memorandumun imzalanması
yaxın günlərdə imzalana bilər.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai
məlumat verib.

“Bunun yaxın günlərdə baş vermə ehtimalı var. Lakin, qarşı
tərəfin tərəddüdü səbəbindən bu proseslə bağlı hər hansı bir şərhə
ehtiyatla yanaşmalıyıq”, – deyə Baqai bildirib.

İyunun 13-də Pakistanın Baş naziri Şahbaz Şərif memorandumun
növbəti 24 saat ərzində yekunlaşdırılacağını açıqlayıb. O, sənədin
elektron şəkildə imzalanacağını bildirib. Pakistan Baş naziri
sosial mediada yazıb ki, münaqişənin yekun həlli ilə bağlı
danışıqlar gələn həftəyə planlaşdırılır.

İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə,
İran-ABŞ razılaşmasının iki mərhələdə bağlanması planlaşdırılır:
birincisi, 14 maddəlik memorandumun imzalanması, ardınca isə
münaqişəyə qəti son qoyulması üçün 60 günlük danışıqlar. O əlavə
edib ki, ikinci mərhələdə İranın nüvə proqramı və İrana qarşı
sanksiyaların ləğvi ilə bağlı müzakirələr planlaşdırılır.