Sidney çimərliyində köpəkbalığı qadına hücum edib

Baş səhifə

Bakı. Trend:

Sidney çimərliyində qadın üzgüçüyə köpəkbalığı hücum edib,
nəticəsdə qadın ağır xəsarətlər alıb.

Xarici media yazır ki, Avstraliyanın ən böyük şəhəri olan
Sidneyin şərqindəki Kugi çimərliyində səhər saatlarında 35 yaşlı
şəxs sahildən təxminən 30 metr (100 fut) aralıda böyük bir
köpəkbalığı tərəfindən hücuma məruz qalıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə təcili yardım
xidmətləri cəlb olunub.




Polisin açıqlamasında deyilir ki, qadın ilk tibbi yardıma
başlayan tibb heyəti tərəfindən sudan çıxarılıb. Polis zərərçəkənin
qol və ayaq nahiyəsindən ciddi xəsarətlər aldığını bildirib.

Yeni Cənubi Uels Təcili Yardım Müfəttişi Mayk Korlis Kugi
Çimərliyində jurnalistlərə bildirib ki, qadının ayağında və
qollarında yaralar var ki, bu da çoxlu əməliyyat tələb edəcək.

Hücumdan sonra şəhər ərazisindəki çimərlik və sahilə yaxın digər
yerlər 24 saatlıq bağlanıb.