“Nyu-York” 53 ildən sonra ilk dəfə NBA çempionu olub

Baş səhifə

Bakı. Trend:

Milli Basketbol Assosiasiyasının (NBA) pley-off finalının 5-ci
oyununda “Nyu-York” komandası “San Antonio” komandasını 94-90
hesabı ilə məğlub edib.

Beləliklə, “Nyu-York” 1973-cü ildən bəri ilk dəfə çempionluğu
qazanıb.




Dörd qələbəyədək davam edən seriyada hesab “Nyu-York”un xeyrinə
4:1 olub. Klub tarixində üçüncü dəfə NBA çempionu adını qazanıb.
Komanda ilk iki çempionluğunu 1970 və 1973-cü illərdə əldə
edib.