
Bakı. Trend:
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə
təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Şuşada “Sözün
Zəfəri – Zəfərin sədası” adlı konsert proqramı ilə başa çatıb.
Mədəniyyət Nazirliyinin məlumatına görə, Xurşidbanu Natəvanın
evinin qarşısında təşkil olunan konsertdə Rauf Hacıyev, Cahangir
Cahangirov, Vasif Adıgözəlov, Elza İbrahimova, Ələkbər Tağıyev,
Oqtay Kazımi və başqa bəstəkarların əsərləri səsləndirilib.
Proqramda eyni zamanda xalq mahnıları ifa olunub, Azərbaycan
Dövlət Rəqs Ansamblı tərəfindən milli rəqslərimiz təqdim
edilib.
Əməkdar artistlər Rəşad İlyasov, Babək Niftəliyev, Aqşin
Abdullayev, solistlər Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Günay
İmamverdiyeva, Nurlanə Abdullayeva, Arif Mehmandost, Habil Məmmədov
və şagirdləri, eləcə də II Uşaq İncəsənət Festivalının qalibi Mehdi
Niftaliyevin ifasında səslənən musiqi nömrələri tamaşaçıların
könlünü oxşayıb.

