
Bakı. Trend:
Bu gün Yardımlıda elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Yardımlı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq “Aruz”
yarımstansiyasından çıxan 35 kV-luq “Yardımlı-3” hava xəttində
təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 12:30-dan
14:30-dək kimi şəhər ərazisi, eləcə də Bozayran, Çayüzü, Köryədi,
Kürəkçi, Ostayır, Peştəsər, Şəfəqli, Vəlixanlı, Vərgədüz
kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə olacaq.
Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra
yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və
dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

