ABŞ İranın liman şəhərlərinə hücumlar edir – ölən və yaralılar var

Baş səhifə

Bakı.Trend:

İranın Hörmüz boğazı sahilində yerləşən Bəndər Abbas liman
şəhərində güclü partlayış səsləri eşidilir.

Bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.

Partlayışların ABŞ-nin İrana etdiyi hava hücumları ilə əlaqədar
olduğu bildirilir.




Eyni zamanda agentliyin yerli hakimiyyət orqanlarının
nümayəndəsinə istinadən verdiyi məlumata əsasən, ABŞ Silahlı
Qüvvələrinin İranın cənubundakı Sirik şəhərinin limanına endirdiyi
zərbələr nəticəsində azı üç nəfər həlak olub.

Məlumata görə, daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.

Bundan əvvəl İran KİV-i Akkala, Bəndər-Abbas, Cask, İsfahan,
Sirik və Çabahar liman şəhərlərində, həmçinin Əbu Musa adasında və
Buşehr əyalətinin bəzi rayonlarında partlayışların baş verdiyini
bildirmişdi.