Bakı. Trend:
ABŞ yaxın günlərdə İrana qarşı güclü zərbələr endirməyi
planlaşdırır.
Bunu ABŞ Prezidenti Donald Tramp amerikalı radioaparıcı Hyu
Hyuitə müsahibəsində bildirib.
“Bu axşam onlara çox ciddi zərbə endirəcəyik. Sabah da onlara
ciddi zərbə vuracağıq. Onlar isə bunun qarşısını almaq üçün heç nə
edə bilməyəcəklər”, – deyə Tramp İran ətrafındakı vəziyyəti şərh
edərkən bildirib.
Bununla yanaşı, Tramp ABŞ-ın “çox güman ki, yaxın vaxtlarda”
İranın Natanz şəhərində yerləşən nüvə obyektinə də hava zərbəsi
endirə biləcəyini istisna etməyib.

