
Bakı. Trend:
ABŞ ordusu İran ərazisinə növbəti zərbələr endirməyə
başlayıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb.
“Bu gün Şərq sahilləri vaxtı ilə saat 16:45-də Ali Baş
Komandanın əmri ilə Mərkəzi Komandanlıq ardıcıl üçüncü gecə İrana
zərbələr endirməyə başlayıb”, – deyə bildirilib.

