ŞKTС Aİ-nin Kipr üzrə xüsusi nümayəndəsinin təyin edilməsini tənqid edib

Baş səhifə

Bakı. Trend:

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTС) Avropa Komissiyasının
icraçı vitse-prezident Raffaele Fittonu Kipr üzrə xüsusi nümayəndə
təyin etmək qərarını sərt şəkildə pisləyib.

Bu barədə ŞKTR Xarici İşlər Nazirliyinin “X” sosial
şəbəkəsindəki açıqlamasında bildirilib.

Bəyanatda bu addımın “təxribatçı” olduğu və Avropa Birliyinin
Kipr məsələsinə qərəzli yanaşmasını nümayiş etdirdiyi
bildirilib.




Xarici İşlər Nazirliyi təyinatın Kipr türk tərəfinin razılığı
olmadan və Kipr türklərinin iradəsini nəzərə almadan edildiyini
vurğulayıb. ŞKTС qərarı qanunsuz və “tamamilə qəbuledilməz”
adlandırıb.

Şimali Kipr hakimiyyətinin fikrincə, Brüsselin bu cür
hərəkətləri Kipr probleminin həllində onun qərəzsizliyini şübhə
altına alır.