Acun Ilıcalı “Fənərbaxça”nın ulduzunu alır

Baş səhifə

“Fənərbaxça”nın futbolçusu Anderson Taliska komandadan ayrıla bilər.

Metbuat.az xəbər verir ki, braziliyalı hücumçu İngiltərə təmsilçisi “Hall Siti”nin təklifinə müsbət yanaşır. İddialara görə, tərəflər arasında ilkin razılıq əldə olunub və futbolçu bu transferin reallaşmasını istəyir.

Bildirilir ki, “Fənərbaxça” rəhbərliyi də yüksək maaş alan oyunçularla yolları ayıraraq transfer büdcəsini genişləndirməyi planlaşdırır. Bu səbəbdən Taliskanın ayrılığına maneə yaradılmayacağı qeyd olunur.

Qeyd edək ki, “Hall Siti”nin sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.