
Bakı. Trend:
“Nottingem Forest” baş məşqçi Vitor Pereyra ilə yollarını
ayıracaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa təmsilçisinin yeni baş məşqçisinin kim olacağı da
məlumdur. Klub Oliver Qlasnerlə anlaşıb. Avstriyalı mütəxəssislə
yaxın günlərdə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Oliver Qlasnerin son iş yeri “Kristal Pelas” olub.
London klubu onun rəhbərliyi altında ötən mövsüm UEFA Konfrans
Liqasının qalibi olub.

