Daha bir NATO ölkəsində qadınlar orduya çağırıla bilər

Baş səhifə

Bakı. Trend:

Demoqrafik azalma səbəbindən Estoniyada qadınların hərbi xidmətə
çağırılması gündəmə gəlib.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu Estoniya Müdafiə Resursları
Departamentinin rəhbəri Anna Rannaveski bildirib.

Onun sözlərinə görə, Estoniyanın kişi əhalisinin sayı yalnız
gənc kişilərin hərbi xidmətə çağırılması praktikasını davam
etdirmək üçün kifayət etmir. O qeyd edib ki, hər il Estoniyada
4000-5000 kişi cinsi uşaq doğulur.




“Müdafiə planlarında nəzərdə tutulduğu kimi, onlardan 41.000
gənci cəlb edə bilməyəcəyimiz aydındır. 2040-cı ilə qədər problem
çox nəzərəçarpan olacaq”, – Rannaveski bildirib.

O, həmçinin xatırladıb ki, ölkənin hər bir vətəndaşı
müstəqilliyi müdafiə etməyə borcludur. Bu baxımdan, Rannaveski
qadınların orduya çağırılmasının zaman məsələsi olduğunu
bildirib.