Finalda hesab açıldı – YENİLƏNİB 4

Baş səhifə

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ilk qol vurulub.

Modern.az xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmanın 106-cı dəqiqəsində Avropa təmsilçisi hesabı açıb.

İspanların heyətində Ferran Torres dəqiq zərbə ilə komandasını hesabda önə keçirib – 1:0.

Qeyd edək ki, matçda əlavə vaxt oynanılır.

***

01:20

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda əsas vaxtda qalib müəyyənləməyib.

Modern.az xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmada əlavə vaxt oynanılır.

Xatırladaq ki, Argentinada Enzo Fernandez 90+3-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

****

00:22

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.

Modern.az xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb – 0:0.

***

19.07.2026

23:58

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda birinci hissə başa çatıb.

Modern.az xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmanın ilk yarısında hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar – 0:0.

Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

***

23:07

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında final oyunu başlayıb.

Modern.az xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.