Türkiyə səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycanı 28 May –
Müstəqillik Günü münasibətilə təbrik edib.

Trend xəbər verir ki,
bu barədə səfirliyin “X” hesabında paylaşım olunub.

“Kədəri və sevinci birlikdə bölüşdüyümüz qardaş Azərbaycanın
Müstəqillik Gününü ən səmimi arzularımızla qeyd edirik.

“Bir millət, iki dövlət” anlayışı əsasında formalaşan müstəsna
münasibətlərimizi ortaq tariximiz, möhkəm qardaşlığımız və
qarşılıqlı əməkdaşlığımıza uyğun olaraq daha da inkişaf etdirməyə
davam edəcəyik.

Müstəqillik Gününüz mübarək!”, – paylaşımda qeyd olunub.