Azərbaycan Gürcüstandan elektrik enerjisi idxalını 15 dəfədən çox artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 56,602
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 3,278 milyon ABŞ
dolları olub.

Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni
aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 348,8 milyon
kVt/saat və ya 7,2 dəfə, dəyər ifadəsi ilə isə 19,8 milyon ABŞ
dolları, yaxud 7 dəfə azalıb.

Eyni zamanda, 2026-cı ilin ilk rübündə Azərbaycan Gürcüstandan
422 min ABŞ dolları dəyərində, 6,490 milyon kVt/saat həcmində
elektrik enerjisi idxal edib.




Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 395 min ABŞ dolları və ya 15,6 dəfə, həcm ifadəsində isə
557 min kVt/saat və ya 15,4 dəfə çoxdur.

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan ümumilikdə üç
ölkəyə – Rusiya, Gürcüstan və İran İslam Respublikasına 5,098
milyon ABŞ dolları dəyərində 96,772 milyon kVt/saat elektrik
enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə
Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 19,3 milyon
ABŞ dolları və ya 4,8 dəfə, həcm baxımından isə 343,6 milyon
kVt/saat və yaxud 4,5 dəfə azalıb.

Bundan başqa, bu ilin ilk üç ayında Azərbaycan sözügedən
ölkələrdən 1,354 milyon ABŞ dolları dəyərində 32,472 milyon
kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 421 min ABŞ
dolları və ya 45,1%, həcm ifadəsində isə 2,4 milyon kVt/saat və ya
8,1% çoxdur.