Ermənistan-ABŞ Anlaşma memorandumu imzalanıb (YENİLƏNİB)

Baş səhifə

Bakı.Trend:

İrəvanda ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın XİN
rəhbəri Ararat Mirzoyan Ermənistan-ABŞ Anlaşma memorandumunu
imzalayıblar.

Bu barədə Trend
Ermənistan mediasına istinadən xəbər verir.

Sənədin imzalanmasından sonra ali diplomatlar jurnalistlər
qarşısında bəyanatla çıxış ediblər.

xxx
15:54




ABŞ dövlət katibi Marko Rubionun Ermənistana rəsmi səfəri
başlayıb. Amerikalı ali diplomat və onun həyat yoldaşını daşıyan
təyyarə artıq İrəvan aeroportuna çatıb.

Trend bu barədə
Ermənistan mediasına istinadən xəbər verir.

Rubionu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan həyat yoldaşı
ilə birlikdə qarşılayıb

Qeyd edək ki, Rubionun Ermənistanın XİN rəhbəri ilə görüşündən
sonra Ermənistan və ABŞ arasında Anlaşma memorandumunun imzalanması
planlaşdırılır. Memorandumun məzmunu barədə məlumat verilmir.