
Bakı. Trend:
Joze Mourinyo “Real”dan Morten Hyulmandın transferini istəyib.
Daha əvvəl məlum olub ki, 63 yaşlı mütəxəssis “Benfika”daki baş
məşqçi vəzifəsini tərk edərək Madrid klubuna rəhbərlik edəcək.
Trend xəbər verir ki,
portuqaliyalı məşqçi “Sportinq”in yarımmüdafiəçisini heyətə qatmaq
istəyir. Lissabon klubu danimarkalı futbolçu üçün təxminən 50
milyon avro tələb edəcək.
Bundan əlavə, bildirilir ki, Jose Mourinyo öz köməkçi məşqçisi
kimi Toni Kroosun seçilməsini istəyir. O, həm rəhbərlik, həm də
komanda arasında əlaqə yaradan şəxs rolunu oynaya bilər.

