
ABŞ “Qızıl Günbəz” raketdən müdafiə sistemini idarə etmək üçün kosmosa 7800 peykdən ibarət qrup yerləşdirməli olacaq.
APA xəbər verir ki, bu barədə ABŞ Konqresinin məsələ ilə bağlı yaydığı sənədlərdə deyilir.
Konqresin Büdcə İdarəsi “Qızıl Günbəz”in dəyərinin Pentaqonun təxmin etdiyindən altı dəfə çox, yəni 1,2 trilyon dollar olduğunu açıqlayıb.
Sənədlərə görə, peyklərin hazırlanması, yerləşdirilməsi və istismarı üçün “Qızıl Günbəz”in ümumi dəyərinin 60%-ni təşkil edən 743 milyard dollar tələb olunacaq.

