“Beşiktaş” yaponiyalı vingeri transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Reyms”in futbolçusu Keyto Nakamura karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.

“Beşiktaş” yaponiyalı vingeri transfer etmək istəyir. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.




Fransa klubu Nakamura üçün 25 milyon avro tələb edir. “Marsel”
və “Everton” da 25 yaşlı oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, “Reyms” Keyto Nakamuranı 2023-cü ilin yayında
Avstriyanın LASK klubundan 12 milyon avroya transfer edib. Yaponiya
millisinin üzvü 2025/26 mövsümündə Liqa 2 təmsilçisinin heyətində
meydana çıxdığı 32 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə
yadda qalıb.