Yanğın səbəbilə Kənar dairəvi yolda avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub

Baş səhifə

Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda otluq ərazidə yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən “Biləcəri” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.