Dövlət Proqramı çərçivəsində xaricdə təqaüdlə təhsil alacaq tələbələrin siyahısı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Dövlət Proqramı çərçivəsində xaricdə təqaüdlə təhsil alacaq
tələbələrin siyahısı müəyyən olunub.

Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi saytında dərc
olunub.

Məlumata görə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün
Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə
bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun
nəticələri müəyyən olunub.




Müsabiqənin nəticələrinə əsasən, namizədlər müvafiq seçim
qaydalarına aid meyarlara uyğun olaraq, Dövlət Proqramına qəbul
olunub və proqram iştirakçısı adını qazanıblar. Belə ki,
2026–2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125
bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində
olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500
nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında
yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil
müəssisələri sırasına “Stanford University”, “Massachusetts
Institute of Technology”, “National University of Singapore”, “University of Oxford”, “University of California, Berkeley”, “ETH
Zurich”, “Harvard University”, “Yale University” kimi dünyanın ən
nüfuzlu universitetləri daxildir.

Təqaüdçülərin tam siyahısı ilə bu
keçid
vasitəsilə tanış olmaq mümkündür.