
Bakı.Trend:
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə
baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə
söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
XXX
21:19
Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğının
söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Binəqədi
rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə, otluq sahədə yanğın baş
verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb
edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.

