Tramp milli təhlükəsizlik komandası ilə İranı müzakirə edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik qrupunun yüksək
vəzifəli üzvləri ilə görüşündə İranla bağlı növbəti addımları
müzakirə edib.

Trend-in
məlumatına görə, bu barədə “CNN” məlumatlı mənbələrə istinadən
xəbər verib.




Məlumata əsasən, Virciniyadakı prezident qolf klubunda keçirilən
görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio,
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və xüsusi elçi
Stiv Uitkoff iştirak ediblər.

Kanal görüş zamanı hansı qərarların qəbul edildiyini
dəqiqləşdirmir. Bununla belə, qeyd olunub ki, D. Tramp son zamanlar
Tehranın diplomatik danışıqlarına getdikcə daha çox səbirsizləşir
və İranda böyük hərbi əməliyyatların bərpası ehtimalını daha ciddi
şəkildə nəzərdən keçirir.