Banqladeş prezidenti istefa verib

Baş səhifə

Bakı. Trend:

Banqladeş Prezidenti Şahabuddin Çuppu istefa verdiyini
bildirib.

Bu barədə “Bdnews24” portalı məlumat yayıb.

“Xəstəyəm, buna görə də hər şey bitdi”, – deyə o, açıqlamasında
bildirib.




Məhəmməd Şahabuddin Çuppu 2023-cü ilin aprelindən Banqladeş
prezidenti vəzifəsini icra edib.

Keçmiş hakim və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sabiq
üzvü olan Çuppu 1971-ci ildə Banqladeşin müstəqillik uğrunda
müharibəsinin iştirakçısıdır.