Bakı.Trend:
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə baş
verən yanğın səbəbindən “Biləcəri” dairəsi istiqamətində nəqliyyat
vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan
qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.
XXX
21:21
Bakıda Kənar Dairəvi yolda baş verən yanğın səbəbindən
nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində, Kənar
Dairəvi yolda otluq sahədə yanğın baş verib.
Sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol
polisi tərəfindən Biləcəri dairəsi istiqamətində nəqliyyat
vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə
olunur.

