
İran ordusu ABŞ-nin endirdiyi zərbələr nəticəsində həlak olan hər bir vətəndaşına görə bir amerikalı hərbçini öldürəcəyi ilə hədələyib.
Modern.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla “Xatəm əl-Ənbiyə” Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi çıxış edib.
“Səmərəliliyini artıq praktikada düşmənə sübut etdiyimiz qaydanı bu andan etibarən döyüş meydanının yekun və rəsmi tənliyi hesab edirik: İslam İranının həlak olan hər bir qürurlu vətəndaşına görə bir amerikalı hərbçi əcdadlarının yanına göndəriləcək. Biz sizin üçün cəhənnəmə pulsuz və birbaşa biletlər hazırlamışıq”, – deyə Abdullahi bildirib.

