Doktorantura və dissertantura üzrə xarici dil imtahanlarının nəticələri elan olunub

Baş səhifə

Bakı.Trend:

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə
qəbul və fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, DİM tərəfindən 2026-cı il 25 iyun tarixində
doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və
fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və
vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə
doktoru imtahanı keçirilib. Həmçinin 17-19 iyun tarixlərində
namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata
keçirilib.

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə
qəbul imtahanının iştirakçıları nəticələr ilə buradan,
xarici dil üzrə fəlsəfə doktoru imtahanının iştirakçıları isə
buradan
tanış ola bilərlər.

İmtahanlarda 2243 namizəd və iddiaçı (1864 nəfər doktoranturaya
qəbul, 378 nəfər fəlsəfə doktoru, 1 nəfər isə Azərbaycan dili
imtahanında) iştirak edib. 73 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə
əsasən, 1174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə
imtahanına buraxılıb.

109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən
edilmiş şərtləri ödəyib.




1 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı
üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə
fəlsəfə doktoru imtahanında) bloklar üzrə müvafiq bal məhdudiyəti
(2 bal) nəzərə alınmaqla 25 və daha yuxarı bal toplamış namizədlər
imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul
imtahanında 30 və daha çox bal toplayan namizədlər
dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il
müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil
üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün
tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti
nəzərə alınmaqla).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM
tərəfindən 27 iyuldan etibarən telefon əlaqəsi
vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Doktorantura və dissertanturaya qəbul imtahanının
nəticələri
ilə bağlı Apellyasiya Komissiyasına müraciət
etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat 17:00-dək
DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni
doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Xarici dil üzrə fəlsəfə doktoru (minimum)
imtahanının
nəticələri ilə bağlı Apellyasiya Komissiyasına
müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat
17:00-dək [email protected]
ünvanına məzmunla bağlı yazılı müraciətlərini göndərə bilərlər.
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyən namizədlər sonradan
apellyasiya üçün müraciət edə bilməyəcəklər.