
Bakı. Trend:
Çin seysmoloqları Çinin Quansi Çjuan Muxtar Rayonunda 5,2 bal
gücündə zəlzələ qeydə alıblar.
Trend-in
məlumatına görə, bu barədə Çin Seysmoloji Mərkəzi xəbər verib.
Seysmik aktivliyin episentri Lyuçjou şəhər dairəsinin Liunan
rayonunda, 8 km dərinlikdə yerləşib. Zəlzələnin ocağı 8 km
dərinlikdə yerləşib.
Seysmoloji mərkəzin məlumatına görə, bu zəlzələ son beş ildə bu
ərazidə baş verən ən güclü zəlzələ olub.

