Fransada baş verən atışmada bir yeniyetmə həlak olub

Baş səhifə

Bakı. Trend:

Fransanın Nant şəhərinin Port-Boyer rayonunda baş verən atışma
nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə “Le Parisien” qəzeti hüquq-mühafizə
orqanlarındakı mənbəyə istinadən xəbər verib.

Nəşrin məlumatına əsasən, xəsarət alanlar və ölənlər 13-15
yaşları arasında olan yeniyetmələrdir.




Atəş açan cinayətkarlar hadisə yerindən qaçıblar.

Qeyd edilib ki, bu, ilin əvvəlindən bəri Nantda baş verən 26-cı
atışmadır.