
Bakı. Trend:
Avstriyada keçirilən “Avroviziya-2026” mahnı müsabiqəsinin
ikinci yarımfinal mərhələsində Azərbaycanı Jiva səhnə adı təmsil
edən müğənni Cəmilə Həşimova çıxış edib.
Trend-in
məlumatına görə, müsabiqədə 2 nömrə altında səhnəyə çıxan
təmsilçimiz “Just Go” adlı mahnını səsləndirib. Mahnının söz və
musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad
Cavadovdur.
Qeyd edək ki, “Avroviziya-2026” müsabiqəsinin final mərhələsinə
vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində
müəyyənləşəcək.

