ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi 1,2 trilyon dollara başa gələ bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sisteminin hazırlanması,
yerləşdirilməsi və istismarının ümumi dəyəri təxminən 1,2 trilyon
dollar təşkil edə bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Konqresinin Büdcə
İdarəsi hesabatında deyib.




“Fərmanda göstərilən imkanlarla ümumilikdə uyğun gələn milli
raketdən müdafiə sisteminin 20 il ərzində hazırlanması,
yerləşdirilməsi və istismarı təxminən 1,2 trilyon dollara başa
gələcək”, – deyə bildirilib.

Hesablamalara görə, ən böyük xərclər təxminən 1,03 trilyon
dollar məbləğində silah tədarükü ilə bağlı olacaq. Ən bahalı
element kosmik ələ keçirmə sistemləri olacaq və alınan silahların
dəyərinin təxminən 70%-ni (və ya ümumi xərclərin təxminən 60%-ni)
təşkil edəcək.