
Bakı. Trend:
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti
tərəfindən tütün məmulatları istehsalı layihəsi həyata
keçiriləcək.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, “Baku International Tobacco” MMC-yə İqtisadiyyat
Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin
idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının
rezidenti statusu verilib.
Bildirilib ki, yeni rezident tərəfindən sənaye parkının
ərazisində tütün məmulatlarının istehsalı layihəsinin həyata
keçirilməsi nəzərdə tutulur. İnvestisiya dəyəri 47 milyon manat
təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların
daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 20
sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident
statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə
sahibkarlar tərəfindən indiyədək 48,3 milyon manatdan çox
investisiya qoyulub, 130-dan artıq iş yeri yaradılıb.

