Noel Barro Fransa parlamentində regionda baş verən hadisələri tamamilə təhrif olunmuş formada təqdim edib – Nizami Səfərov

Baş səhifə

Bakı. Trend:

Otuz ilə yaxın bir müddətdən sonra Azərbaycanla Ermənistan
arasında sülh sazışı layihəsinin paraflanması, iki dövlət arasında
nəqliyyat kommukasiyalarının açılması, sərhədlərin delimitasiya və
demarkasiyası üzrə işlərin ardıcıl formada həyəta keçirilməsini
dəstəkləməkdənsə anti-Azərbaycan mövqeyi sərgiləyən qüvvələr yalnız
nifrət toxumları səpməyə, yenidən vəziyyəti gərginləşdirməyə
çalışırlar.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü, deputat Nizami Səfərov parlamentin bugünkü plenar
iclasında deyib.

Millət vəkili xatırladıb ki, mayın 6-da Fransanın Avropa və
xarici işlər naziri Jan Noel Barro parlamentin yuxarı palatası –
senatda deputat Etyen Blankın ermənilərin dini və mədəni irsi ilə
bağlı sualına cavab verərkən regionumuzda baş vermiş hadisələri
tamamilə təhrif olunmuş formada təqdim edib:

“Siyasi, hüquqi və diplomatik müstəvidə Azərbaycan tərəfi
dəfələrlə beynəlxalq birliyə çatdırıb ki, ölkə ərazısındə “Dağlıq
Qarabağ” deyilən bölgə mövcud deyil və Azərbaycanın suveren ərazisi
olan Qarabağ iqtisadi rayonunun bu terminlə təsvir olunması
qəbuledilməzdir.

N.Barro çıxışında güya “2021- ci ildən başlayaraq 40-a yaxın
erməni mədəni irsinə aid obyektin itirilməsinə” istinad edib. Sual
olunur – otuz il davam etmiş işğal dövründə sistematik və
irimiyqaslı formada Qarabağda ermənilər tərəfindən törədilən və
müharibə cinayətləri kimi tövsüf edilən Azərbaycanın mədəni irsinin
məhv edilməsi, dağıdılması, oğurlanmasına göz yuman Qərb dairələri
nəyə görə öz narahatlıqlarını bildirmirdilər?

1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin
qorunması haqqında” Haaqa Konvensiyası və onun iki Əlavə protokolu
kobud formada pozularaq Qarabağda 400-dən çox abidə məhv edilib, 67
məsciddən 63-ü yerlə yeksan olunub və təhqirlərə məruz qalıb, 100
min tarixi artefakta malik olan 22 muzey dağıdılıb. Digər məsələrdə
olduğu kimi mədəni irsə aid olan problemlərə münasibətdə yenə də
ikili standartlar və selketiv yanaşma müşahidə olunur”.

Deputat xatırladıb ki, Azərbaycan ərazilərində yerləşən bütün
tarixi və dini abidələr milli-mədəni irsimizə aiddir, mənşəyindən,
dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq onlar etibarlı
formada qorunur və heç bir xarici qüvvə dövlətimizin suveren
səlahiyyətlərinə aid olan məsələlərə müdaxilə edə bilməz.