Füzulinin Pirəhmədli kəndinin su infrastrukturunun yaxşılaşdırılması 1,6 milyon manata başa gələcək

Baş səhifə

Bakı. Trend:

Füzuli rayonunun Pirəhmədli kəndinin xarici su təchizatı,
tullantı su şəbəkə və qurğuların tikintisinə sərf olunacaq vəsaitin
həcmi məlum olub.

Trend bu
barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla
xəbər verir.

Məlumata əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
(ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı
müvafiq hazırlıq işlərini yekunlaşdırıb.




Qurum sözügedən işlərin icrasını “Azsur Group” şirkətinə həvalə
edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, qeyd olunan işlərə 1,6 milyon manat sərf
ediləcək.