Albaniya Baş nazirinin müavini Azərbaycana səfər edəcək (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Albaniyanın Baş nazirinin müavini Albana Koçiu Bakıda
keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında
(WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Bu barədə Trend
diplomatik mənbədən məlumat verilib.

“Tədbirdə Albaniya nümayəndə heyətinə baş nazirin müavini Albana
Koçiu rəhbərlik edəcək”, – deyə mənbə bildirib.

Qeyd edək ki, “WUF13” mayın 17-dən 22-dək BMT-nin UN-Habitat
proqramı ilə Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda
keçiriləcək. Forum müxtəlif ölkələrdən dövlət qurumlarının,
bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclərin və
akademik dairələrin nümayəndələrini, eləcə də beynəlxalq
təşkilatları bir araya gətirəcək.

2001-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən və
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən çağırılan
Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiyaya həsr olunmuş
aparıcı qlobal konfransdır. Hər iki ildən bir keçirilən bu Forumda
sürətli urbanizasiyanın şəhər və icmalara, eləcə də müxtəlif
ölkələrə və iqlim dəyişmələrinə təsirləri müzakirə olunur. İlk dəfə
2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən Forum hər iki
ildən bir müxtəlif dünya şəhərlərində təşkil olunur.