“Parisin İrəvana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imzalamağa inandırmaqdır”

Dünya


“Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imzalamağa inandırmaqdır”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yerli LCI televiziya kanalına müsahibəsində deyib.

Səfir bildirib ki, Qarabağ Azərbaycanın suveren ərazisinin ayrılmaz hissəsidir. Qarabağın Azərbaycanın ərazisi olduğunu bütün ölkələr, eləcə də Ermənistan və Fransa da tanıyır.

Səfir Qarabağdakı vəziyyətin düzgün başa düşülməsinin vacibliyini vurğulayaraq, mülki əhali ilə onları girov götürmüş separatçı qrup arasında fərqdən danışıb. Qeyd edib ki, Azərbaycanın bir neçə gün əvvəl həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri məhz qeyri-leqal hərbçiləri və silahlı separatçıları hədəfə alıb.

“Çox vaxt Prezidentimin – Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinin yanlış şərh olunduğunu görürük. Azərbaycan Prezidenti tarixdən danışaraq, bugünkü Ermənistanda tarixən azərbaycanlıların yaşadıqlarını bildirir. Bu gün sülhə, münasibətlərin normallaşdırılmasına məhz Azərbaycan can atır. Azərbaycan sülh müqaviləsini təklif edib. İki ölkə arasında ərazi bütövlüyünə qarşılıqlı hörmət var, Azərbaycan üçün ərazi bütövlüyü qırmızı xətdir”, – deyən L.Abdullayeva ölkəmizin Ermənistana qarşı heç bir ərazi iddiası olmadığını vurğulayıb.

Diqqətə çatdırıb ki, Qarabağın erməni əsilli sakinlərinə qalmaq təklif edilib. Ancaq onları başa düşmək olar, illərlə erməni sakinlər arasında azərbaycanlılara qarşı nifrət təbliğ edilib. Onların belə mənfi fikirlərdən qurtulması üçün vaxt lazımdır. Azərbaycan dövləti Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunacağını bildirib.

Fransa mətbuatında səsləndirilən bütün əsassız iddiaları rədd edən səfir vurğulayıb ki, 30 il ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altına olub. Bununla bağlı dünya dövlətlərinin, eləcə də BMT Təhlükəsizlik Şurasının Fransanın da imzaladığı 4 qətnaməsi var. Bu qətnamələr Azərbaycan torpaqlarının işğal altında olduğunu təsdiqləyir və erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edir. Bu işğal nəticəsində bir milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ancaq Ermənistan uzun müddət bu qətnamələrə məhəl qoymadığı üçün Azərbaycan 2020-ci ildə torpaqlarını özü azad etməli oldu.

L.Abdullayev, həmçinin yerli mətbuatda səsləndirilən “etnik təmizləmə”, “soyqırımı” kimi terminlərin hüquqi izahını xatırladaraq, regionda yeganə etnik təmizləmənin illər öncə ermənilər tərəfindən azərbaycanlılara qarşı aparıldığını vurğulayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir