Hörmüz boğazının bağlanması sabitliyə böyük təzyiq göstərir – Hakan Fidan

Baş səhifə

Bakı. Trend:

Hörmüz boğazının bloklanmasının davam etməsi dünya
iqtisadiyyatına və enerji təhlükəsizliyinə böyük təzyiq göstərir və
bu problem həll etmək lazımdır.

Trend xəbər verir
ki, bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Qətərli həmkarı
Muhəmməd bin Əbdül Rəhman Əl-Tani ilə birgə mətbuat konfransında
bildirib.




“Boğazın bağlanması dünya iqtisadiyyatı, enerji təhlükəsizliyi,
eləcə də regionda iqtisadi və siyasi sabitliyinə böyük təzyiq
göstərir. Dünyanın bütün hökumətləri bu iqtisadi təzyiqi tam
şəkildə hiss edirlər. Buna görə də beynəlxalq ictimaiyyətin səyləri
boğazın mümkün qədər tez açılması, həmçinin gəmiçiliyin
təhlükəsizliyinin təmin edilməsi üçün razılaşmanın əldə olunmasına
yönəlib”, – deyə Fidan

Türkiyəli nazir Pakistanın ABŞ–İran münaqişəsinin tənzimlənməsi
istiqamətindəki vasitəçilik səylərini yüksək qiymətləndirib