ABŞ nümayəndə heyəti TRİPP üçün Ermənistana səfər edib

Baş səhifə

Bakı. Trend:

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan “Beynəlxalq Sülh
və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata
keçirilməsi üzrə işlərin gedişatını müzakirə etmək üçün Ermənistana
gəlmiş Amerika Birləşmiş Ştatları nümayəndə heyətini qəbul
edib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Ermənistan hökumətinin açıqlamasında bildirilir ki, ABŞ
nümayəndə heyətinin tərkibində Dövlət Departamenti və Beynəlxalq
İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının nümayəndələri yer
alıblar.

Qriqoryan Ermənistan hökuməti adından ABŞ hakimiyyət orqanlarına
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan
dövlət başçıları arasında keçirilmiş sülh zirvə-görüşünün təşkilinə
görə təşəkkür edib və sammitin mühüm nəticələrindən biri olan
“Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” layihəsinin
ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər TRIPP layihəsinin icrası ilə bağlı bir sıra
operativ-hüquqi məsələləri müzakirə edib və razılaşdırıblar.