
Bakı. Trend:
ABŞ Qrenlandiyada öz hərbi mövcudluğunu genişləndirməklə bağlı
son aylar Danimarka hökuməti ilə aktiv şəkildə gizli danışıqlar
aparır.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, ABŞ adanın cənubunda üç yeni baza açmaq
istəyir.
Ağ Ev rəsmiləri bildiriblər ki, Tramp administrasiyası olduqca
nikbin əhval-ruhiyyədədir və danışıqlar düzgün istiqamətdə
irəliləyir.
Danimarka daha əvvəl Qrenlandiya ərazisində əlavə Amerika hərbi
bazalarının yaradılmasını müzakirə etməyə hazır olduğunu
bildirmişdi. Krallığın Xarici İşlər Nazirliyi ABŞ ilə danışıqların
aparıldığını təsdiqləsə də hələlik təfərrüatları açıqlamayıb.
Rəsmilərin sözlərinə görə, yeni bazalar Danimarkaya məxsus
adanın cənubunda yerləşəcək və ilk növbədə Rusiya və Çinin mümkün
dəniz fəaliyyətinin müşahidəsinə yönələcək.

