
Bakı. Trend:
Qərbi Balkanlar, Ukrayna və Yaxın Şərq bazar ertəsi günü
Brüsseldə görüşəcək Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının
gündəliyindəki əsas məsələlərdir.
Trend-in
məlumatına görə, bu barədə görüşa dair materiallarda
bildirilib.
Məlumata əsasən, nazirlər görüşünün Aİ-nin Qərbi Balkan ölkələri
ilə münasibətlərinin müzakirəsi ilə başlaması planlaşdırılır.
Müzakirədən əvvəl Aİ xarici işlər nazirləri altı Qərbi Balkan
tərəfdaş ölkəsindən olan həmkarları ilə qeyri-rəsmi səhər yeməyində
iştirak edəcəklər.
Tərəflərin əsas geosiyasi inkişaflar, regionda sabitliyin və
təhlükəsizliyin təmin edilməsində ortaq maraqlar, eləcə də birgə
xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə əməkdaşlıq da daxil
olmaqla, cari məsələləri müzakirə etməsi gözlənilir.


