
Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Özbəkistandan
Azərbaycana gətirildiyi iddia edilən arılarla bağlı araşdırmaya
başlayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq agentlikdən
bildirilib.
Qeyd olunub ki, məsələ araşdırılır və əlavə məlumat
veriləcək.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Özbəkistandan
Azərbaycana bir tır arının gətirildiyi və onların gənələrlə
yoluxduğu ilə bağlı məlumat yayılmışdı. İddialara görə, idxal edilən
arılar Tropilaelaps gənəsi ilə yoluxub.

