
Bakı. Trend:
“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ləğv
ediləcək.
Trend-in
məlumatına görə, bununla bağlı məsələ Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin 2026-cı il yaz sessiyasının aprelin 10-da
keçiriləcək beşinci iclasının gündəliyinə daxil edilib.
Belə ki, iclasda “Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar
Respublikasının Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar
Respublikasının Qanun layihəsi müzakirə ediləcək.

