
Bakı.Trend:
Bu gün dünyanın diqqəti Şuşadadır.
IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Şuşa artıq
təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də ölkəmizin
siyasi, diplomatik və informasiya diplomatiyasının mühüm mərkəzinə
çevrilib.
Prezident İlham Əliyevin Forumda səsləndirdiyi mesajlar
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu bir
daha nümayiş etdirdi. “Azərbaycan artıq ortasəviyyəli gücə
çevrilir” fikri ölkəmizin son illərdə qazandığı siyasi, iqtisadi və
geostrateji uğurların məntiqi nəticəsidir.
Bu gün Azərbaycan enerji təhlükəsizliyinə töhfə verən, Orta
Dəhlizin əsas iştirakçılarından biri olan, milli maraqlarını
qətiyyətlə müdafiə edən və regional sabitliyə real təsir göstərən
dövlətdir. Qarabağın sürətlə bərpası, Şuşanın dünyanın media
mərkəzlərindən birinə çevrilməsi isə bu siyasətin ən parlaq
nəticələrindəndir.
Şuşadan dünyaya verilən mesaj aydındır: Azərbaycan öz sözünü özü
deyən, müstəqil siyasət yürüdən və qlobal proseslərdə getdikcə daha
böyük rol oynayan güclü dövlətdir.
“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin
rəhbəri Elnurə Abuşova

